Politiciens et élections, Votez librement et participez à la démocratie, Votez pour le changement, Référendum en ligne
Azərbaycanda siyasi vəziyyət

“İlham Əliyevin ölkədəki vəziyyətdən xəbərsiz olduğunu ...

Azərbaycanda siyasi vəziyyət, razı 56%

... düşünmək sadəlövhlük olar”

 

İsa Qəmbərİsa Qəmbər: “Müxalifət güclüdür və situasiya yetişəndə bu güc bütün əzəməti ilə ortaya çıxacaq”

 

“Qərb dərk etməyə başlayıb ki, demokratik azadıqları olmayan, ədalətin olmadığı ölkələrdə sabitlik keçici xarakter daşıyır”

 

“Biz özünə arxayın olan bütün deputatlardan, cəmiyyətdəki bütün siyasi təşkilatlardan 2012-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı ortaya mövqe qoymasını çox istərdik”

 

““Evrovision-2012” ərəfəsində cəmiyyəti qıcıqlandıran hər hansı bir hadisə olmasa, cəmiyyət də bu reallığı nəzərə alacaq ki, bu, Azərbaycan üçün önəmli bir tədbirdir…”

 

Son günlər regionda və dünyada baş verən proseslər, xüsusilə də Rusiya və İranda müşahidə edilən ictimai-siyasi sarsıntılar, daxili kataklizmlər qonşu ölkələrdə yaşanan olayların Cənubi Qafqaz bölgəsinə də sirayət edəcəyi ilə bağlı ciddi narahatlıqlara yol açmaqdadır. Belə görünür ki, “ərəb baharı”nın oyatdığı və təkrar parlament seçkilərinin keçirilməsi, hakimiyyətin əsaslı islahatlara getməsi tələblərinin səsləndiyi Azərbaycanda vəziyyət digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə daha mürəkkəbdir. Bu gün ilk baxışdan kiçik və əhəmiyyətsiz hesab edilən ən xırda olayın belə, hər an partlamağa hazır olan nəhəng barıt çəlləyini xatırladan Azərbaycanda böyük və geriyə dönüşü olmayan prosesləri tətikləyəcəyi heç kimə sirr deyil. Elə Müsavat başqanı İsa Qəmbərlə söhbətimizdə də Azərbaycandakı daxili gərginlik, bu gərginliyin aradan qaldırılması yolları, habelə dünyada baş verən proseslərin ölkəmizə təsiri və s. məsələlərlə bağlı məqamlara aydınlıq gətirməyə çalışdıq.

 

: hurriyyet.net (Aralık 12, 2011)


martina -
Marquerno spam

ElectionsMeter n'assume aucune responsabilité pour le contenu des arguments. S'il vous plaît contactez l'utilisateur ou l'auteur des commentaires. Chaque argument sur ElectionsMeter doit contenir le nom de l'auteur et le référence à la source originale du texte. Les utilisateurs devraient être conscients de la loi sur la protection du droit d'auteur. S'il vous plaît lire policy du site.

 
load menu